📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Araik Rusiyanın yetişdirdiyi yeni “nazir”lə Xankəndində hərbi müşavirə keçirdi…-FOTO

2021-09-13 16:10:00

Araik  Rusiyanın yetişdirdiyi yeni “nazir”lə Xankəndində hərbi müşavirə keçirdi…-FOTO

2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını, 2019-cu ildə isə  Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib...

Bu gün - sentyabrın 13 -də Azərbaycan Respublikasının hələlik Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyan   Xankəndindəki  qondarma “müdafiə nazirliyi” binasına baş çəkərək  yeni təyin olunmuş qanunsuz “müdafiə naziri” – “müdafiə ordusu”nun komandanı general-mayor Kamo Vardanyanı separatçı “ordu”nun rəhbərliyinə təqdim edib.

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Yeni “nazir”lə birgə müşavirə keçirən  Araik  qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın da iştirakıyla “ordu quruculuğu” məsələlərini müzakirə edib.

Qeyd edək ki, general-mayor Kamo Vardanyan 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını, 2019-cu ildə isə  Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib...  Bir sözlə, Rusiya yetişdirib...