Araik Arutyunyan Qarabağ ermənilərini silahlanmağa ÇAĞIRDI
2021-11-10 23:08:00
Xankəndidə qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan yerli əhalini silahlanmağa çağırıb.
Rusiya mediasının məlumatına görə, A.Arutyunyan bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün silah saxlamaq haqqında “qanuna” dəyişikliklər olunacağını bildirib.
Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik “Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə qeyd edib. \\Yenisabah.az