Aralıq dənizində baş verən iki qayıq faciəsində 10 nəfərin meyiti qayıqda tapılıb, onlarla insan itkin düşüb.
2024-06-17 18:29:27
Hurriyyet.az xəbər verir ki,İtaliyanın Rainews24 kanalının xəbərində qeyri-qanuni mühacirləri daşıyan qayığın ölkənin cənubundakı Kalabriya bölgəsindən 100 mil uzaqlıqda çevrildiyi bildirilib.
Qeyri-qanuni mühacirlərə kömək edən yük gəmisindəki şəxslərin 12 nəfəri xilas edərək İtaliya Sahil Mühafizəsi qruplarına təhvil verdiyi qeyd edilib.
Xilas edilən mühacirlərin verdiyi məlumata görə, qayıqda olan ən azı 50 immiqrant yoxa çıxıb.
Bölgədə itkin düşənlərin axtarış-xilasetmə əməliyyatına başlanıldığı bildirilib.