📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arayik Qarabağdakı erməni silahlı dəstələrini gücləndirəcəklərini açıqladı

2022-10-21 11:10:00

Arayik Qarabağdakı erməni silahlı dəstələrini gücləndirəcəklərini açıqladı

Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan növbəti dəfə təxribatçı çıxış edib.

Hurriyyet.az xəbər verir ki, Arayik Arutyunyan çıxışı zamanı Rusiyadan dəstək gözlədiklərini, gələcək üçün onlara güvəndiklərini bildirib:

"Mən Rusiyasız təhlükəsizlik baxımından gələcəyimizi təsəvvür edə bilmirəm. Bizim müdafiə ordumuz, özünümüdafiə qüvvələrimiz var və biz özümüzü, müdafiə imkanlarımızı təkmilləşdirməyə davam edəcəyik. Ermənistan Respublikasının burada (Qarabağda – red.) silahlı birləşmələri yoxdur. Bizim müdafiəmiz, ordumuz və hüquq-mühafizə orqanlarımız tərəfindən həyata keçirilir", - deyə Arutyunyan bildirib.

yeniavaz.com