📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Araz-Naxçıvan” - “Qarabağ” oyununun stadionu dəyişdirildi

2023-10-23 23:37:17

“Araz-Naxçıvan” - “Qarabağ” oyununun stadionu dəyişdirildi

Azərbaycan Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” - “Qarabağ” oyununun baş tutacağı məkan dəyişdirilib.

Naxçıvan təmsilçisi PFL-ə rəsmi müraciət edərək, qadın futbolçular arasında Millət Liqasında 31 oktyabrda baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən Ağdam təmsilçisi ilə görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan”ın rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən PFL qarşılaşmanın mərkəzi arenada keçirilməsinə qərar verib.

Matç təqvimdə olduğu kimi “Araz-Naxçıvan” - “Qarabağ” oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.\\Ölke.az