📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Araz-Naxçıvan” qələbə qazandı

2024-07-08 21:51:26

“Araz-Naxçıvan” qələbə qazandı

Hazırlığın Bakı mərhələsini bu gün keçirilən yoxlama oyunu ilə başa vuran “Araz-Naxçıvan” əvəzedici heyətlə qarşılaşıb. 

Hurriyyet.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda hesabı “ikincilər” açsa da, qələbəni əsas komanda qazanıb 3:1. Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.

Bununla da komanda iyunun 28-dən davam edən hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Erzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.