Arazdəyən-Horadiz dəmir yolunun bərpası 226 milyon dollara başa gələcək
Ermənistan ərazisində Arazdəyən-Horadiz dəmir yolunun bərpası 226 milyon dollara başa gələcək.
Hurriyyet.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Mehri bölgəsində (45 km) dəmir yolunun tikintisinə 221 milyon dollar, Arazdəyən ərazisindəki hissənin (təxminən 1 km) bərpası üçün isə 5 milyon dollar tələb olunacaq.
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun 2-3 ildən sonra bərpası barədə qərar noyabrın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü zamanı qəbul edilib. Daha sonra Ermənistan Baş naziri Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə yolun Ermənistan hissəsinin tikintisi ilə bağlı razılaşmanı təsdiqləyib.