📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ARB aparıcısı özündən çıxdı: "Seçki olanda qapı-qapı gəzirsiz..." - VİDEO

2022-11-21 21:11:00

ARB aparıcısı özündən çıxdı:

ARB TV-də yayımlanan "Günə doğru"  proqramının aparıcısı Sevda Rəsulqızının canlı yayımdakı çıxışı müzakirələrə səbəb olub.

Verilişdə Maştağa qəsəbəsində yerləşən küçələrdən birinin pis vəziyyətdə olduğu nümayiş edilib.

Jurnalist bununla bağlı sakinlərin şikayətini dinləyib və bələdiyyəyə yollanıb. Orada isə heç kim olmayıb, qapı bağlı saxlanılıb. Qapını açan şəxs isə aidiyyatı şəxslərin nahara getdiyini, müsahibə verilməyəcəyini bildirib.

Bu görüntülərdən sonra aparıcı əsəbi formada çıxış edərək, bələdiyyənin ünvanına tənqidlər səsləndirib.

 

Axşam