📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arda Gülər “Real Madrid”lə müqaviləsini 2032-ci ilə qədər uzatdı

2026-11-18 20:45:26

Arda Gülər “Real Madrid”lə müqaviləsini 2032-ci ilə qədər uzatdı

İspaniyanın “Real Madrid” klubu türkiyəli futbolçu Arda Gülərlə müqavilənin müddətini uzadıb.

Modern.az xəbər verir ki, klubun rəsmi açıqlamasında tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəldiyi və 21 yaşlı futbolçunun 2032-ci il iyunun 30-dək Madrid təmsilçisində çıxış edəcəyi bildirilib.

Açıqlamada Arda Gülərin 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə transfer olunduğu xatırladılıb.

Qeyd olunub ki, türkiyəli futbolçu İspaniya klubunun heyətində keçirdiyi dörd mövsüm ərzində 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Bunlar UEFA Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İspaniya La Liqası və İspaniya Superkubokudur.

Yeni müqavilənin maliyyə şərtləri, o cümlədən futbolçunun dəqiq maaşı açıqlanmayıb. Bununla belə, İspaniya mətbuatının məlumatına görə, yeni anlaşma çərçivəsində yarımmüdafiəçinin əməkhaqqının artırılması nəzərdə tutulub. Qeyri-rəsmi məlumatlarda Arda Gülərin illik məvacibinin 8 milyon avroya çatdırılacağı bildirilir.