📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arda Güler sabahkı matçda oynayacaqmı? - Ançelotti türkdən danışdı

2023-09-26 20:35:14

Arda Güler sabahkı matçda oynayacaqmı? - Ançelotti türkdən danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti zədəsini yeni sağaldan Arda Gülerin son durumundan danışıb.

"Marca" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:  "Ardanın bir qədər ritm çatışmazlığı var. Onun bizim oyun üslubumuza alışması lazımdır. Arda çox bacarıqlı gəncdir, böyük istedaddır".

İspaniya mətbuatında  Ardanın adının sabah "Las Palmas"a qarşı keçiriləcək matçın iştirak ərizəsinə salınacağı barədə məlumatlar dərc olunub.

Xatırladaq ki, yayda "Fənərbağça"dan alınan 18 yaşlı türk zədə səbəbindən "Kral klubu"nda debüt etməyib. \\Fanat.Az