📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arda Gülərlə bağlı gözlənilməz xəbər: Türkiyə klubunda çıxış edə bilər

2023-10-03 19:09:01

Arda Gülərlə bağlı gözlənilməz xəbər: Türkiyə klubunda çıxış edə bilər

Madrid "Real"ının hücumemeyilli yarımmüdafiəçisi Arda Gülərlə bağlı yeni xəbər yayılıb.

Zədə səbəbilə uzun müddət yaşıl meydanlardan kənarda qalan 18 yaşlı futbolçu "Fənərbağça"da çıxış edə bilər.

Belə ki, o, icarə əsasında yenidən "sarı-lacivərtli" formanı geyinə bilər. Bununla yanaşı, "kral klubu" Ardanı digər La Liqa klublarına da icarəyə verə bilər.

Qeyd edək ki, adıçəkilən oyunçu bu ilin 6 iyulunda İspaniya təmsilçisinə transfer olunmuşdu.\\Offsideplus.az