Arestoviç Ukraynanı tərk elədi – prezident seçkilərində namizəd olacaq
2023-11-03 10:45:57
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç ölkəsini müvəqqəti olaraq tərk elədiyini, lakin prezident postu uğrunda mübarizəsini davam etdirəcəyini bəyan edib.
Arestoviç deyib: “Mənim Prezident Ofisi ilə konfliktdə olmağımın səbəbi, onlara qarşı müxalif mövqe tutmağımdır. Hazırda onlar mütləq hakimiyyətə malikdirlər, hərbi vəziyyətdir, sübutsuz ittihamlar irəli sürürlər və bu ittihamların ardından hərəkətə keçə bilərlər. Onların özbaşınalığının könüllü qurbanına çevrilmək mənim həyat planlarıma daxil deyil”.
Hürr Tərcüman