📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Argentina Britaniyaya qarşı ərazi iddialarını səsləndirdi

2024-10-04 13:53:18

Argentina Britaniyaya qarşı ərazi iddialarını səsləndirdi

Hurriyyet.az xəbər verir ki, Argentinaın Xarici İşlər Nazirliyi Böyük Britaniyadan Foklend (Malvin) adalarını geri qaytarmasını tələb edən bəyanat verib. Sənəddə bildirilir ki, "London sülh dövründə zor tətbiq edərək" beynəlxalq hüququ pozub və bu addım Argentina hökuməti tərəfindən heç bir zaman razılıqla qarşılanmayıb. Argentina XİN-in açıqlamasında deyilir: "Malvin adalarının qanunsuz işğalından 191 il keçəndən sonra Argentina hökuməti və xalqı bir daha Malvin adaları, Cənubi Georgiya, Cənubi Sandviç adaları və onları əhatə edən dəniz rayonları üzərindəki suverenliyini və bu ərazilərin ölkənin ayrılmaz hissəsi olduğu hüququnu təsdiqləyir".
Argentinanın yeni Prezidenti Havyer Miley Foklend adalarını ölkənin nəzarətinə qaytarmaq üçün müxtəlif diplomatik yolları sınayacağını əvvəllər də dəfələrlə bəyan edib. 
Hürr Tərcüman