Argentina Prezidenti Kiyevə səfərə hazırlaşır
2024-04-08 13:14:46
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Argentina Prezidenti Havyer Miley iyun ayında Avropa səfəri zamanı Ukraynaya gedə bilər.
Mile CNN İspaniya kanalına müsahibəsində deyib: "Hazırladığımız plana görə, Ukrynaya da səfər edəcəyik. G7 sammiti (tədbir 13-15 iyun tarixlərində keçiriləcək - red.) çərçivəsində İtaliyaya getməliyik. Mən Ukraynada Zelenski ilə görüşmək niyyətindəyəm".
Miley Zelenskinin istəyi ilə Ukraynanı dəstəkləyən Latın Amerikası forumunda iştirak edəcəyini də söyləyib.
Hürr Tərcüman