Argentinada fırtına – ölənlər və yaralananlar var
2023-12-18 15:32:48
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Argentinada şiddətli fırtına nəticəsində liman şəhəri Bahia Blankada yaşayan 13 nəfər həlak olub, çox sayda yaralılar var.
CNN kanalının məlumatına görə, bölgədə saatda 140 km sürətlə külək əsib, azı 300 nəfər köçürülüb. Sakinlərə evdə qalmaq çağırışı edilib.
Regionda 3 günlük matəm elan edilib.
Hürr Tərcüman