📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Argentinada futbol matçı zamanı baş məşqçi güllələndi - VİDEO

2021-11-01 23:40:00

Argentinada futbol matçı zamanı baş məşqçi güllələndi - VİDEO

Argentinanın “Ferro de Piko” klubunun baş məşqçisi Maurisio Romero komandasının “Las Eras de Mendosa” klubuna qarşı keçirdiyi matç zamanı güllə yarası alıb.

Oyunun 79-cu dəqiqəsində, qarşılaşmada rəqibin 3:1 öndə olduğu zaman məşqçiyə odlu silahdan atəş açılıb. Hakimlər və futbolçular qaçaraq meydançanı tərk ediblər.

Məlumata görə, güllə Romeronun çiyninə dəyib. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hazırda futbol mütəxəssisinin səhhətinin qənaətbəxş olduğu deyilir.

Cinayətkarın kimliyi isə açıqlanmır. \\Konkret