Argentinalı ulduz İngiltərə klubuna keçir
2022-05-09 21:07:00
"İnter" futbolçusu Lautaro Martinesi satmaq niyyətindədir.
"Arsenal" 24 yaşlı argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Milan təmsilçisi 60 milyon avro ödəniləcəyi təqdirdə, oyunçunu satacaq. Onun "nerrazurilər"lə sözləşməsi 2026-da başa çatır.
Qeyd edək ki, Argentina millisinin üzvü 2018-ci ildən "İnter"də çıxış edir.\\Offsideplus.az