📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Argentinanın İsraildəki səfirliyi Qüdsə köçürüləcək

2024-02-06 19:10:35

 Argentinanın İsraildəki səfirliyi Qüdsə köçürüləcək

Hurriyyet.az xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Kats Argentina Prezidentinin ölkəsinin səfirliyini Qüdsə köçürmək qərarını bəyan edib.
Havyer Miley Argentina Prezidenti seçildikdən sonra İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə diplomatik missiyanın köçürülməsi məsələsini müzakirə elədiyi bildirilir.
İsrail Kats X şəbəkəsində ona minnətdarlığını bildirib: "Argentina Prezidenti Miley, Argentinanın İsraildəki səfirliyini Qüdsə köçürmək qərarına görə sizə təşəkkür edirik".
İsrail hökumətinin açıqlamasında deyilir: "Baş nazir Binyamin Netanyahu Argentina səfirliyinin Qüdsə köçürüləcəyini bəyan edən Argentina Prezidenti Havyer Mileyin ölkəyə gəlişini alqışlayır".
Fevralın 7-də Netanyahu ilə Mileyin görüşü planlaşdırılıb. Onlar iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edəcəklər.
Havyer Miley Argentina Prezidenti vəzifəsinə gələndən sonra ilk səfərini İsrailə edir. 
Hürr Tərcüman