📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

2021-10-11 15:00:00

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə  Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini sabit qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.