📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arif Əsədov: "Saymamazlıq və arxayınlıq "Qarabağ"a mane ola bilər"

2023-12-14 20:32:28

Arif Əsədov:

Bu gün Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Hekken"lə üz-üzə gələcək.

Ağdam təmsilçisi bu görüşdə qələbə qazansa, tarix yazacaq. "Köhlən atlar" ilk dəfə turnirin pley-offuna yüksələcək.

Görəsən, Azərbaycan təmsilçisi bunu bacaraq? "Köhlən atlar"ın uğuruna nə mane ola bilər? Sualımızı Azərbaycan millisinin köməkçi məşqçisi Arif Əsədov belə cavabladı:

"Sadəcə, arxayınlıq "Qarabağ"a mane ola bilər. Düşünmürəm ki, komandamız oyuna rahat çıxa. Komandanın əlinə böyük şans düşüb. Kollektivdə hamı bunu dərk edir. "Qarabağ" matça motivasiya ilə çıxacaq. Evdə oynaması da komanda üçün üstünlükdür. "Qarabağ" "Hekken"dən daha yaxşı komandadır. Oyunçuların fərdi keyfiyyətləri də bunu deməyimizə şərait yaradır. Dediyim kimi, ancaq saymamazlıq və arxayınlıq "Qarabağ"a mane ola bilər. Amma düşünmürəm ki, komandanın üzvləri belə davransınlar. İnşallah, bu gün "Qarabağ" məqsədinə nail olacaq. Təbii ki, 1 xal da komandaya bəs edə bilər. Lakin oyuna mütləq şəkildə qələbə üçün çıxmaq lazımdır. Belə olan təqdirdə, "Qarabağ" məqsədinə rahat çata biləcək". \\Offsideplus.az