Arif Hacılı: “Londondakı səfirliyimizə hücum Azərbaycan dövlətinə qarşı hücumdur, ən ağır cəzaya məhkum edilməlidirlər”
2022-08-04 23:44:00
“Londondakı səfirliyimizə terror hücumu olub, dövlətimiz və milli bayrağımız təhqir edilib. Bu bir binaya, bir səfirliyə olan hücum deyil, bu Azərbaycan dövlətinə qarşı hücumdur”.
Hurriyyet.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
“Bu aksiyanı təşkil edənlər, onların hər hansı ölkədə, o cümlədən Azərbaycanda olan havadarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir” – A.Hacılı qeyd edib.