📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arıqlamaq istəyənlərə yeni məsləhət-bolqar bibəri yeyin...

2022-03-24 15:07:00

Arıqlamaq istəyənlərə yeni məsləhət-bolqar bibəri yeyin...

Bolqar bibərini gündəlik menyuya salmaq vaxtı gəldi. Dietoloq Kim Yavits bolqar bibərinin niyə arıqlamaq istəyənlər üçün ən faydalı tərəvəz olduğunu açıqladı. Çünki bolqar bibərində çox az kalori var.

"Bolqar bibəri, doyma hissi verən çox yönlü, dadlı və aşağı kalorili tərəvəzdir, buna görə də arıqlamaq istəyən insanlar üçün xüsusilə faydalıdır. Bir bolqar bibərində 39 kalori var, yəni asanlıqla günlük kalori menyunuza daxil edilə bilər. Bundan əlavə, bu tərəvəz əla lif mənbəyidir. Əgər kaloridən yayınırsansa, bolqar bibərinin bir porsiyasında 3 qram lif və çoxlu su var. Ətraflı araşdırmaya görə tərkibində çox miqdarda su olan azkalorili qidaların istifadəsi çəkini daha səmərəli şəkildə aşağı salmağa kömək edir", deyə diotoloq şərh edir.
"Bolqar bibəri əla C vitamini mənbəyidir. Tədqiqatın nəticələrinə görə, yetərli miqdarda C vitamini almış şəxslər məşq əsnasında kifayət qədər C vitamini almayanlara nisbətən 25% daha çox yağ yandırdı", deyə dietoloq əlavə edir.
Gündəlik pəhrizinizdə bolqar bibərinin payını artırmaq istəyirsinizsə, bunun üçün xeyli fürsət var. Bu tərəvəz həm qəlyanaltı, həm də əsas yeməyin tərkib hissəsi kimi çıxış edə bilər. Dietoloq Kim Yavitz deyir ki, arıqlamaq istəyənlər üçün bolqar bibəri ən faydalı tərəvəzdir. Onu həm çırpılmış yumurtaya, həm salatlara əlavə etmək olar. Bununla birlikdə, bibərləri müxtəlif rənglərdə rəngləyən piqmentlər fərqli sağlam xüsusiyyətlərə malikdir. Narıncı bibər lutein kimi əla antioksidant mənbəyidir. Belə ki, o bədəndəki iltihabı azaltmağa kömək edir. Qırmızı bibər isə beta -karotinlə zəngindir və gözlər üçün faydalıdır. Yəni fərqli rəngli bibərləri qarışdırsanız, zəngin qida toplusu əldə edəcəksiniz.

Ülviyyə, Hurriyyet.az