Armen Aşotyan bu maddələrlə ittiham olunur - Vəkili AÇIQLADI
2022-11-16 23:46:00
İstintaq Komitəsi Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyana qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürüb.
Bu barədə onun vəkili Tiqran Atanesyan məlumat verib. O, bildirib ki, Aşotyan “ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə”də və “çirkli pulların yuyulmasında” ittiham olunur.
Armen Aşotyan təqsirləndirilən şəxs qismindədir. Ona Ermənistanı tərk etmək qadağan olunub. \\KONKRET.az