📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Armen Qriqoryan Toivo Klaarla görüşdü - Yenilənib

2022-10-28 09:30:00

Armen Qriqoryan Toivo Klaarla görüşdü - Yenilənib

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Toivo Klaarla görüşüb.

Tərəflər görüş zamanı Ermənistana göndərilən Avropa İttifaqının müşahidə missiyasının işini müzakirə ediblər. Qriqoryan, həmçinin Klaarla Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıb.

***

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə T. Klaar Tvitter hesabında yazıb.