📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Armen Sarkisyan onu Ermənistanın xarici işlər naziri TƏYİN ETDİ - FOTO

2021-08-19 11:16:00

Armen Sarkisyan onu Ermənistanın xarici işlər naziri TƏYİN ETDİ - FOTO

Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı sərəncam imzalayıb.

HURRİYYET.az bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.

Qeyd edək ki, 1979-cu ildə İrəvanda doğulan A.Mirzoyan Ermənistan parlamentinin sabiq sədridir. Yeni XİN başçısı 2019-2021-ci illərdə də bu vəzifəni tutub. İrəvan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan A.Mirzoyan 2017-2018-ci illərdə deputat, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib.