Armstronqun Aya qədəm qoymasından 53 il keçir
2022-07-20 19:14:00
Hurriyyet.az xəbər verir ki, bu gün Aya ilk insanın qədəm qoymasının 53 ili tamam olur.
Tarixdə ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının “Apollon-11” kosmik gəmisi insanları Aya aparıb.
Kosmik gəminin heyətində astronavtlar Nil Armstronq (komandir), Maykl Kollinz və Edvin Oldrin olublar.
Armstronq Ayın səthinə qədəm qoyan ilk insan olub.
Armstronq ilə Oldrin Ayın səthində 2 saat 31 dəqiqə 40 saniyə vaxt keçiriblər. Bu müddət ərzində Maykl Kollinz onları ayətrafı orbitdə gözləyib.
Hürr Tərcüman