"Arsenal" tanınmış futbolçunu 120 milyon avroya transfer edir
2023-05-09 19:22:00
İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Hurriyyet.Az "Goal.com"a istinadla xəbər verir ki, "topçular" yayda "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı sıralarına qatacaq.
Məlumata görə, "topçular" 24 yaşlı ingiltərəli futbolçu üçün 120 milyon avrosundan keçəcək.
Qeyd edək ki, Deklan Raysın "çəkicdöyənlər"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununadək qüvvədədir.