📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Artıq bu yollarda da avtobus zolağı var - Fotolar

2026-09-22 10:19:30

Artıq bu yollarda da avtobus zolağı var - Fotolar

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.

Hurriyyet.media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir.