📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Artıq "Dağlıq Qarabağ Respublikası hekayəsi" bitdi" - ŞAHİN CƏFƏRLİ

2023-09-20 13:22:32

"Yeganə qeyri-müəyyən məsələ Rusiya hərbi kontingentinin 2025-ci ildən sonra da burada qalıb-qalmayacağıdır"

"Qarabağ erməniləri Bakının şərtlərini qəbul etdi. Ermənistan ordusunun bölmələri çıxarılacaq, yerli erməni qüvvələri tərksilah olunacaq. Sabah Yevlaxda Bakı və Qarabağ ermənilərinin təmsilçiləri arasında görüş keçiriləcək. Qarabağ ermənilərinin reinteqrasiyası və Azərbaycan Konstitusiyası çərçivəsində hüquq və təhlükəsizliklərinin təmin olunması məsələləri müzakirə ediləcək". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Bunun ciddi, hətta tarixi əhəmiyyətli uğur olduğunu deyən siyasi şərhçi bildirib ki, artıq "Dağlıq Qarabağ Respublikası hekayəsi" bitdi: "Yeganə qeyri-müəyyən məsələ Rusiya hərbi kontingentinin 2025-ci ildən sonra da burada qalıb-qalmayacağıdır. Böyük ehtimalla, bu barədə Bakı ilə Moskva arasında müzakirə aparılıb və ya aparılacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az