📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Artıq özünü Rusiyadan qorumaq istəyənlərin sayı artıb" - ELXAN ŞAHİNOĞLU

2022-05-12 14:41:00

"Finlandiya və İsveç NATO-ya üzv qəbul edilsə, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq"

"Uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya və İsveç Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilsələr, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Finlandiya və İsveçin keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmadıqlarını vurğulayan politoloqun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıqlar yaradıb.

Onun fikrincə, artıq Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az