📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Artıq Rusiya regionda təsirini kəskin şəkildə itirir" - İLQAR ALTAY

2022-10-07 13:06:00

"Cənubi Qafqaz ölkələri 200 ildə ilk yaranmış fürsətdə Kremlin təsirini iqnor etdilər!"

"İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan danışıqıarına yekun vuruldu. Birgə bəyannamə qəbul olundu, Ermənistan və Paşinyan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Azərbaycanın irəli sürdüyü 5 sülh prinsipini Avropa İttifaqı Şurasının rəsmi iştirakı ilə qəbul etdi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altaya məxsusdur.

İlqar Altay hesab edir ki, artıq proses sürətlə sülh müqaviləsinə doğru gedir: "Niyə sülhə doğru gedən real razılaşma Moskvadan başlasa belə, Avropada baş tutdu? Bu sualın cavabı müxtəlifdir. Ancaq bir şey tam aydındır ki, Kremlin, Putinin Ukrayna ilə başlatdığı o yersiz, haqsız və yanlış savaşın mənfi nəticələrindən biri Rusiya üçün artıq Cənubi Qafqazda təzahür edir. Rusiya artıq regionda təsirini kəskin şəkildə itirir. Və ekvivalent olaraq Avropanın, Qərbin nüfuz etməsi isə artır. Və bir səbəb də Kremlin bu regionda apardığı siyasətin bərabər, qarşılıqlı münasibət üzərindəki sülhə deyil, zor-gücə, hegemonluq və konflikt yaratma niyyətlərinə söykənməsidir. Cənubi Qafqaz ölkələri də öz növbəsində, 200 ildə ilk yaranmış fürsətdə Rusiya təsirini iqnor etdilər!"

Vazeh BƏHRAMOĞLU,     

Hurriyyet.az