📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Artıq şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək”

2025-09-12 13:43:47

Artıq şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək”

Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Bu qaydaların ölkənin digər məktəblərini, bütün ölkə coğrafiyasını əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib”.