"Artsax" sakinləri təhlükədədir!: Fransız siyasətçi yenə adəti üzrə su bulandırır...yaxud Kılıçdaroğlunun xəritəsinin müəllifi kimdir?
Fransanın "Provans-Alp-Kot d'Azur" Regional Şurasının sədri Reno Muzelye adəti üzrə Parisin vərdiş etdiyi şəkildə "həyəcan təbili" çalır və dünyanı "Artsax" xalqını qorumağa çağırır.
“Bu axşam Azərbaycan və onun müttəfiqləri, xüsusən də türklər tərəfindən sıxışdırılan, hücuma məruz qalan və təhdid edilən Artsax erməniləri üçün xüsusi narahatçılığım var. Bu gecə bütün dünya bu insanlara və bu torpağa diqqət yetirməlidir: onlar təhlükədədirlər!”, deyə Muzelye tvitində yazıb.
Fransız rəsmisinin məhz Türkiyədə seçkilərin bitməsindən sonra həyəcan təbilinə "start verməsi"nə diqqət etsək hesab edə bilərik ki, onda bu "narahatçılıq duyğusu"nu Ərdoğanın təkrar prezident seçilməsi "oyadıb". Maraqlıdır ki, Muzelyenin fikrincə Ərdoğanın qələbəsi fransız xadiminin təbirincə desək "Artsax" xalqının həyatına hansə təhdidi yaradır və onu həyəcan təbili çalmağa nə vadar edib?
Əvvəlcə başlayaq ondan ki, Azərbaycan prezidenti Ermənistanla sülh sazişinin imzalanmasının şərtlərini açıqladı.
“Ermənistanla sərhədlərin delimitasiyası Azərbaycan tərəfinin şərtləri əsasında aparılmalıdır. Sülh müqaviləsi beynəlxalq qaydalara əsaslanmalı, Ermənistan silahlı qüvvələrinin bütün nümayəndələri Qarabağdan çıxarılmalı və Naxçıvana yol açılmalıdır. Şərtlərimiz belədir... Son zamanlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tam razılaşıblar. Çünki biz haqlıyıq”, deyə Prezident Əliyev bildirdi.
Prezident bildirdi ki, Qarabağ erməniləri üçün üçüncü dialoq dəvəti olmayacaq. "Qarabağda yaşayan ermənilər artıq iki dəfə Bakıda dialoqdan imtina ediblər. Üçüncü dəvət olmayacaq. Ya özləri başlarını aşağı salıb gələcəklər, ya da indi hadisələr başqa cür inkişaf edəcək”, deyə dövlət başçısı vurğulayıb.
Prezident Əliyev eləcə də Xankəndində yuva salan separatçı rejimin "özü özünü buraxmasını", bütün "nazirlər və deputatlar"ın öz postlarını tərk etmələrini, quldurbaşı Arayikin Azərbaycan hakimiyyətinə təslim olmasını tələb edib. Dövlət başçısı qəti bəyan etdi ki, bu, onların “amnistiya” ala biləcəyi yeganə yoldur" və bu baş verməsə, separatçı rejimə qarşı hərbi əməliyyatlar başlanacaq.
Bu məsələnin bir tərəfi. Nəinki bölgənin hətta dünyanın həyəcanla gözlədiyi Türkiyədəki seçkilərin bitməsi və Ərdoğanın yenidən preizdent seçilməsilə prosesin ikinci hissəsi həllolma mərhələsinə qədəm qoydu.
Məlumdur ki, Cənubi Qafqaz bölgəsində və hətta onu çevrələyən daha böyük geosiyasi məkanda rəqib maraqların mübarizəsi gedir. Fransa, İran, Ermənistan, Çin bucağının Vatkian qütbünə bağlılığı bilinir. Hazırda Fransa Xankəndində yaradılan və sülhün bərqərar olmasına badalaq vuran rejimin nəfəs almasında mühüm rol oynayır. Azərbaycanın Qarabağı tam ram etməsinə maneə törədilməsi İranın da maraqlarına cavab verir. Çin özünün həyati əhəmiyyətə malik "Bir Kəmər, Bir Yol" layihəsində Avropaya qədər marşrutda bir çox istiqamətlər cızıb. Pekini maraqlandıran əsas məqam onun məhsullarının ən təhlükəsiz yolla ünvanına gedib çatmasıdır ki, bu hələlik əsasən Xəzər dənizindən keçməklə Azərbaycan və Türkiyə vasitəsilə reallaşdırılır. Xankəndində separatçı rejimin "canının çıxmaması" İranla Fransanın Zəngəzur dəhlizini Çinin gözündə etibarsızlaşdırmağa, gözündən salmağa lazımdır. Əvəzində isə İpək Yolunun İrandan keçməsini Çinə yeganə alternativ kimi təqdim edərək nəinki Azərbaycanı, hətta Türkiyəni də qlobal logistik iqtisadi marşrutdan offsayta atmaq dövriyyəyə girəcəkdi. Son günlər mətbuatdakı xəbərlərdən də görünür ki, Rusiya-İran Şimal-Cənub dəhlizini ərsəyə gətirmək üçün ciddi-cəhdlə çalışır. Hazırda Rusiya ilə İran arasında ticarət Azərbaycan ərazisindən daha çox Xəzər dənizi güzərgahına keçməklə baş verir. Bundan başqa Türkiyənin CHP partiyasının lideri Kamal Kılıçdaroğlunun timsalında İpək Yolunun Azərbaycandan-Zəngəzurdan deyil, İrandan keçən marşrutunu açıq gördük. Fransa, İran, Ermənistan bucağının maraqlarını güdən Kılıçdaroğlu xəritəsi açıq-aşkar Vatikanın müəllifi olduğu qütbün anqlosaksaon qütbünə "duel əlcəyi" atmaqdır. Anlamalıyıq ki, regional şəkillənmə yalnız Azərbaycan-Ermənistan rəqabətindən qaynaqlanmır. Söhbət daha böyükdür. Bakı ilə İrəvan arasındakı rəqabət geosyasi rəqabətin sadəcə bir fraqmental yansımasıdır. Türkiyənin burada faydasına gəlincə Ankara benefisiar kimi geosiyasi önəmini itirərdi, qazandığı yalnız tranzitdən gələn pullar olacaqdı. Çünki Rusiya Zəngəzur dəhlizi ilə Azərbayca-Türkiyə tandeminin bəhrəsi olan Zəngəzur dəhlizinə möhtac qalmaz, Gürcüstan, Ermənistan, İrandan keçməklə ticari olaraq Hindistana bağlanar. Bu versiyada anqlosaks qütbü Hindistanı itirərər və onu Vatikana qapdırar. Türkiyənin yerini yeni geosiyasi şəkillənmədə İran tutardı və Pekinin Ankaraya olan ehtiyacı zərurətini aradan qaldırardı. Hətta bu günlərdə Əfqanıstanın İrana elan etdiyi müharibə də İran-Çin tandemini neytrallaşdırmaq üçün gərəklidir.
Beləliklə, bu nəticələrə gələ bilərik:
1. Kılıçdaroğlu xəritəsi Fransa, İran, Ermənistan üçbucağının müəllifi Vatikan qütbüdür. Vatikan anqlosakson qütbünə qarşı rəqabətdədir. Vatikan Çində də kifayət qədər güclüdür və güclənməkdədir. Fransanın Mərkəzi Asiyada genişlənməsi, eləcə də Çinin Mərkəzi Asiyada genişlənməsi Vatikanın müəllifi olduğu plandır. Demək Kılıçdaroğlunu ABŞ-a bağlılığı əsassızdır. Kılıcdaroğlu Avropa və Vatikan xəttinin təmsilçisidir.
2. Anqlosakson qütbü Kılışdaroğlundansa Ərdoğanın yenidən seçilməsi tərcih edir. Ankara ilə Bakının birgə olduğu Zəngəzur dəhlizi anqlosakson qütbünün tərcihidir. Çinin Mərkəzi Asiyanı Vatikanın xeyir-duası ilə "həzmi-rabedən" keçirmək strategiyasına qarşı anqlosaksona qütbünün Türkiyənin başında durduğu, Rusiyanı da "zamanı gələndə" Çindən qoruyacaq, Çinin qarşısına Böyük Çin Səddi kimi dikiləcək Türk Səddi stsrategiyası. Hansı ki, bu səddi Ərdoğan Türkiyəsi ərsəyə gətirəcək.
3. Vatikan qütbünün Xankəndində qondarma "Artsax" adı ilə ortaya salıb "meymun kimi oynatdığı" separatçı rejim və onu törətdiyi xaosa, həmin xaosun gətirdiyi etirabsızlıq, güvənsizliyə qarşı Əfqanıstanın iştirakı ilə İranı sabitsizləşdirmək səyləri. Məlumdur ki, Kılıçdaroğlunun anons etdiyi xəritədə İran Yeni İpək Yolunda əsas halqa idi.
Beləliklə, Fransanın və fransız rəsmisinin qondarma "Artsax" tviti anlaşılandır. Paris anqlosaks qütbünün durumu ələ almasından və istədiyi istiqamətə yönəltməsindən narahat olub.
Ülviyyə, Hurriyyet.az