📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Artsax yaşayır” deyən erməni belə cəzalandırıldı

2023-12-25 13:04:05

“Artsax yaşayır” deyən erməni belə cəzalandırıldı

Separatçıların başçısı Samvel Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan “dqr”in buraxılması “qərar”ının ləğv edildiyini açıqladıqdan bir müddət sonra “vəzifəsindən” istefa verib.

Hurriyyet.az xəbər verir ki, xəbər verir ki, bu barədə V.Qriqoryan Feysbukda yazıb.

O, “dqr liderinin müşaviri” “vəzifəsini” artıq yerinə yetirmədiyini bildirib.

“Sonuncu müsahibəm müxtəlif fərziyyələrə səbəb oldu, lakin bu, mənim şəxsi şərhim idi. Hazırda heç bir rəsmi mövqe yoxdur”, - separatçı vurğulayıb.

Qeyd edək ki, V.Qriqoryanın sözügedən iddiasına Ermənistan hakimiyyətinə yaxın deputat və ekspertlər də sərt reaksiya göstəriblər. Onlar bu çıxışın Ermənistan üçün təhlükəli olacağını deyiblər. Separatçı müşavirin istefasının daxili təzyiqlə əlaqəli olduğu ehtimal edilir.

Globalinfo.az