📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Arutyunyan Azərbaycanın tələbi ilə "istefa" verdi" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-08-31 14:13:36

"Növbəti mərhələdə Ruben Vardanyan da Qarabağı tərk edəcək"

"Separatçı rejimin başçısı Araik Arutyunyan Azərbaycanın tələbi ilə "istefa" verdi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Araik Arutyunyan reinteqrasiya siyasətinə mane olaraq birbaşa Kremlin göstərişlərini yerinə yetirirdi.

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, növbəti mərhələdə Ruben Vardanyan da Qarabağı tərk edəcək: "Azərbaycan reinteqrasiya siyasətini davam etdirəcək. Erməni icması ilə Azərbaycanın birbaşa üçüncü tərəfin iştirakı olmadan dialoqun qurulması mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az