📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Arutyunyanın "vəzifəsini" müvəqqəti icra edən separatçının iki seçimi olacaq" - ELXAN ŞAHİNOĞLU

2023-08-31 14:23:07

"Separatçıların işğal altındakı bölgədə "prezident seçkisi" keçirməsinə imkan verməməliyik!"

"Araik Arutyunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Araik Arutyunyanın "vəzifəsini" müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: "Ya Arutyunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Bu iki seçim də separatçıların yeni "liderini" xilas etməyəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək: "Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə "prezident seçkisi" keçirməsinə imkan verməməliyik!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az