📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arutyuyan Ermənistanın Rusiyadakı səfiri OLACAQ

2021-11-09 14:00:00

Arutyuyan Ermənistanın Rusiyadakı səfiri OLACAQ

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyuyan İrəvanın Moskvadakı səfiri təyin ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “168 saat” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi onun səfir olmasına razılıq verib.

Ermənistan Prezidenti Armen Sarkisyan isə bununla bağlı hələ ki, müvafiq sərəncam imzalamayıb.

Qeyd edək ki, 64 yaşlı V.Arutyunyan 2020-ci il noyabrın 20-də 44 günlük müharibədən sonra Ermənistanın müdafiə naziri təyin olunub. 2021-ci il iyulun 20-də tutduğu vəzifədən azad edilib.