📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Arvadıma söz vermişəm, danışa bilmərəm” – Bilal Əliyev

2023-10-18 19:57:17

“Arvadıma söz vermişəm, danışa bilmərəm” – Bilal Əliyev

Xalq artisti Bilal Əliyev “Rəngarəng səhər” verilişində qonaq olub.

Hurriyyet.az Olay-a istinadla xəbər verir ki, sənətçi aparıcıların ona ailəsi ilə bağlı ünvanladığı sualları cavabsız qoyub. 

O bunu arvadına verdiyi sözlə əlaqələndirib:

“Ümumiyyətlə o barədə heç vaxt danışmaq istəmirəm. Zamanı gələndə hər şey görünəcək. Azərbaycan Çin kimi elə də böyük yer deyil ki, hamı bir-birini tanımasın. Bir gün yoldaşım mənə dedi ki, “Xahiş edirəm, ailəmiz haqda heç vaxt, heç yerdə danışma”. Hardan bilisiniz, bəlkə mənim övladım, nəvəm xarici ölkədə yaşayır”.