📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arvadını maşınla vurub, bıçaqla öldürən şəxs saxlanıldı

2022-03-25 12:14:00

Arvadını maşınla vurub, bıçaqla öldürən şəxs saxlanıldı

Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatda deyilir: 

"Martın 24-də saat 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı cinayət işi başlanıb. Mehman Süleymanov tutularaq istintaqa cəlb edilib. Mehman Süleymanov törətdiyi əməli etiraf edib. İstintaq davam etdirilir".