📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arvadını öldürdü, 8 aylıq qızını... - Qobuda DƏHŞƏTLİ QƏTL

2023-06-20 20:46:00

Arvadını öldürdü, 8 aylıq qızını... - Qobuda DƏHŞƏTLİ QƏTL

Abşeronda 20 yaşlı qadın öldürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.Az-a verilən xəbərə görə, iyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.