Arvadını və özünü bıçaqladı - biri öldü
2026-08-03 19:27:56
Abşeronda dəhşətli cinayət törədilib.
Hadisə Xırdalan şəhərində qeydə alınıb.
Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb.
Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır. /Lent.az