📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aşağı gəlirli ölkələrin xarici dövlət borcu rekord həddə çatıb

2022-03-21 15:13:00

Aşağı gəlirli ölkələrin xarici dövlət borcu rekord həddə çatıb

Dünyanın aşağı gəlirli ölkələrinin 2020-ci ildə ümumi xarici dövlət borcunun həcmi 12% artaraq rekord həddə - 860 milyard dollara çatıb.

Bu barədə Şanxayda yerləşən tədqiqat mərkəzinin hesabatında qeyd olunub.

Məlumata görə, 2020-ci ilin sonuna kimi 68 ölkənin Çinə ödənilməmiş xarici dövlət borcu 110 milyard dollara çatıb. Bu ölkələrin Çinə borcu 2019-cu ildə 105 milyard dollar təşkil edib. Hesabata əsasən, aşağı gəlirli ölkələrin təxminən 60%-i yüksək borc sıxıntısı riski ilə üzləşib.

Bundan əlavə, Çin 17 ölkədə ən böyük kreditor olub. \\Margin.az