📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ASAN Xidmət bayram günləri işləyəcək?

2024-12-28 09:37:13

ASAN Xidmət bayram günləri işləyəcək?

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.