📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ASAN Xidmət”də 4 yaşlı uşaq yıxılaraq öldü

2025-08-29 12:47:34

“ASAN Xidmət”də 4 yaşlı uşaq yıxılaraq öldü

Bu gün səhər saatlarında Şəki “ASAN Xidmət”də bədbəxt hadisə baş verib.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.