📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Asif Əli Zərdari Pakistanın Prezidenti seçilib

2024-03-09 23:40:27

Asif Əli Zərdari Pakistanın Prezidenti seçilib

Pakistanda bu gün keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

Bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Xalq Partiyasının həmsədri Asif Əli Zərdari seçicilər kollegiyasının 411 səsi ilə qalib olub.

Onun əsas rəqibi Mahmud Xan Açakzay 181 səs toplayıb.

Xatırladaq ki, Pakistan Konstitusiyasına əsasən parlament seçkilərindən bir ay sonra prezident seçkiləri keçirilir. \\APA