📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Asim Xudiyev UEFA-dan təyinat aldı

2026-08-06 19:59:17

Asim Xudiyev UEFA-dan təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

AFFA-dan Modern.az-a verilən məlumata görə, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsində, avqustun 13-də keçiriləcək "Eqnatia" (Albaniya) - "Şemrok Rovers" (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionunda baş tutacaq.