📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Aşıq Ələsgərin məzarı ermənilər tərəfindən dağıdılıb" - Deputat

2023-06-12 21:10:00

Aşıq Ələsgərin Göyçədəki məzarı da erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib.

Hurriyyet.Az xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
“Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin tarixi-mədəni irsimizə qarşı törətdiyi bu kimi vandalizm halları barədə, eyni zamanda, öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlara, o cümlədən UNCESO-ya müraciətlər ünvanlayıb”, - deputat vurğulayıb. \\APA