📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

2026-02-11 15:12:43

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.

Publika.az xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.

60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.(“Qafqazinfo”)