Aslan Fətullayev doğulduğu kənddə dəfn olunacaq
2026-11-12 12:06:48
Aktyor Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.
Bu barədə Hurriyyet.net Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.
O bildirib ki, aktyor doğulduğu kənddə dəfn olunacaq:
“Aslan müəllimin nəşi bu gün səhər saatlarında Moskvadan gətirilib. Direktorumuz və teatrımızın bir neçə əməkdaşı da cənazənin qarşılanmasında iştirak edib. Onun nəşi Lerikə aparılıb və doğulduğu Çayurd kəndində dəfn ediləcək”.
Qeyd edək ki, 70 yaşlı Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev noyabrın 10-da Moskvada vəfat edib.