📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aslan Kərimov qəzaya düşdü

2024-09-27 19:32:54

Aslan Kərimov qəzaya düşdü

Sabiq futbolçu Aslan Kərimov qəzaya düşdü

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov qəzaya düşüb.

Veteran futbolçunun idarə etdiyi "Pajero" markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo" (Bakı), "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub. \\Ölkə.az